Yuxarı

Ər və arvadı qəzaya düşdü, biri öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Bakı-Qazax yolunda baş verən qəza barədə məlumat yayıb.

İdarədən Axar.az-a verilən məlumata görə, dünən saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən yükün dağılmasının qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb.

Bu zaman həmin zolaqda hərəkətdə olan “Avatr” markalı avtomobilin sürücüsü Pərviz Qəribov güclü külək səbəbindən dağılmaqda olan yükü saxlamağa çalışan S.Zeyniyevi vurub və dayanmış avtomobillə toqquşub. Nəticədə Süleyman Zeyniyev hadisə yerində həyatını itirib, onun sərnişini - həyat yoldaşı isə xəsarət alıb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, baqaj daşınması qaydalarına ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləq zəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağa çağırır", - idarədən bildirilib.

Tarix
2025.04.28 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Ceyhun Bayramov Keniyaya yola düşdü

Qərbi Azərbaycan yaradıla bilər - Krılov

Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya

28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan

İlham Əliyevdən millinin qələbəsinə reaksiya - Foto

Rusiya niyə atəşkəsdən qorxur?

Rusiya razılaşdı: 6 min cəsəd təhvil verəcək

Qarabağda yaralar sürətlə sağalır, biz də... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla