Yuxarı

Bərdədə bağ massivində şiddətli yanğın - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bərdənin Ləmbəran kəndi ərazisində bağ massivində baş verən yanğın nəticəsində yüzlərlə ağac məhv olub.

Yanğın sonradan daha da şiddətlənib. Yanğının kənddəki evlərə keçmək təhlükəsi olub.

Ərazi qamışlıq olduğu üçün alovlar sürətlə yayılıb. Ərazidə tüstüdən nəfəs almaq və hərəkət etmək də çətinləşib.

Qeyd edək ki, yanğının baş verdiyi ərazi sovet dövründə baramaçılığın inkişafı üçün nəzərdə tutulan və sonradan əhaliyə paylanan tut bağlarıdır. Gecə boyu sakinlər də alovun qarşısının alınması üçün mümkün vasitələrdən istifadə etməyə çalışıblar.

Yanğının səbəbinə gələncə, kənd bələdiyyə sədr müavini Qaraş Hacıyev bunu ehtiyyatsızlıqla əlaqələndirib. "Kiminsə əlində siqaret kötüyü, yaxud, başqa nə isə düşüb".

Hadisə yerinə Bərdə rayon yanğından mühafizə hissəsinin və qonşu Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 5 yanğınsöndürən maşını cəlb olunub. Alovun qarşısısını gecə 00:00-da almaq mümkün olub. Bərdə yanğından mühafizə hissəsindən veilən məlumata görə, 30 hektar ərazi bitki örtüyü ilə birlikdə yanıb. Yanğının səbəbini isə artıq araşdırmalara başlayan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri müəyyənləşdirəcək(Anspress).

Tarix
2014.02.22 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

Kirk simvola çevriləcək, qarşıdurma artacaq

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla