Yuxarı

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Xalid Məmmədovun (şərti ad) Cinayət Məcəlləsinin 177.2.3-1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Ucar rayon sakini Xalid Məmmədov təxminən 5 ay əvvəl "Bolt" platformasında sürücü kimi fəaliyyətə başlayıb. O, 50 yaşlı Firuzə (şərti ad) adlı müştərini Xətai rayonu, "Viktoriya" restoranının yaxınlığından götürərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsinə aparıb. Sifarişin dəyəri cəmi 5 manat olub.

Səfər zamanı qadın sürücüyə nəğd pulu olmadığını, ödənişi kartla həyata keçirəcəyini bildirib. Bu fürsətdən istifadə edən sürücü qadının kart məlumatlarını əldə edərək, "Mosbet" mərc oyun platformasında qeydiyyatdan keçib. Daha sonra həmin kartdan ümumilikdə 435 manat vəsaiti öz hesabına köçürərək, məbləği mərc oyunlarında xərcləyib.

Firuzə dərhal sürücüyə zəng edərək pulu geri qaytarmasını tələb edib. Lakin sürücü ona "səhv nömrəyə zəng etdiyini" deyərək vəziyyətdən yayınmağa çalışıb. Qadın daha sonra bankla əlaqə saxlayaraq kart hesabını bağlatdırıb və Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə zəng edərək hadisə barədə məlumat verib. Sürücü qısa müddət sonra saxlanılıb.

Məhkəmənin qərarına əsasən, Xalid Məmmədova 2 günlük həbs müddəti nəzərə alınmaqla 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, bir müddət əvvəl də bənzər hadisə baş vermişdi. Belə ki, bir nəfər Nizami küçəsindən (Tarqovı) Nəsimi rayonuna getmək üçün ayıq sürücü çağırmış, lakin sürücü içkili müştərinin kartından 7 manatlıq ödəniş əvəzinə 700 manat çəkmişdi. Həmin şəxs də məhkəmə qərarı ilə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Tarix
2025.05.13 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla və Arzu Əliyevalardan Cabirlə bağlı paylaşım - Foto

Məşhur kardioloq Cabiri öldürən davranışlardan yazdı

Türkiyədə Azərbaycana qarşı kampaniya - AzTV yaydı

Aprel döyüşlərində mülki şəxslərin başına nələr gətirilib?

Naxçıvan aeroportuna yeni direktor təyin olundu

Qərb Pezeşkiana inanmadı - İranda gərginlik artır

Müharibədə ilk yaşandı: Ukraynanın zərbəsinin nəticəsi...

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

Azərbaycan bu sahədə məqsədyönlü tədbirlər həyata keçirir

Bu tarixdən məktəb avtobusları layihəsi başlayacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla