Yuxarı

Oleq Bakinskinin məhkəməsində qalmaqal...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkən şəxsin vəkili Samir İsayev Valeriy Zaxarenkonun göndərdiyi sənədə əsasən barışıq olmadığını bildirib.

O qeyd edib ki, təqsirləndirilən şəxslər zərərçəkəndən bu əmələ görə üzr istəməyib, peşman olmayıb.

Vəkil maddi ziyandan əlavə dəymiş mənəvi ziyanla əlaqədar hər iki təqsirləndirilən şəxsdən birliktə 50 min manat tələb edildiyini də bildirib.

Vəkil deyib ki, V.Zaxarenko iş adamı kimi qonaq gəldiyi müəssisədə hörmətsizliyə məruz qalıb.

Daha sonra Konstantin Kuçerin vəkili ibtidai istintaqda göstərilmiş vaxtlarda müəyyən pozuntular olduğunu deyib.

Prokuror bunun hazırlıq iclasının predmeti olduğunu və məhkəmədə danışılanların əsas sübut kimi qəbul olunacağını bildirib.

Prosesin davamında mülki iddia müzakirə edilib. Zərərçəkəmişin vəkili mülki iddanın hər iki hissəsinin - maddi və mənəvi tərəflərinin qəbul edilməsini xahiş edib.

K.Kuçerin vəkili Elşad Hacıyev təqsirləndirilənin mənimsəmə və ya dələduzluq niyyətinin olmadığını bildirib. O əlavə edib ki, K.Kuçerin şirkəti hər iki şirkətə qarşı müqavilədən irəli gələn öhdəlikləri yerinə gətirməyə çalışıb. O, əsas maneə kimi Konstantin Kuçerin iradəsindən asılı olmayan səbəbləri - "Günay Bank"ın və sərhədlərin bağlanmasını göstərib.

Oleq Krapivin də mülki iddaya etiraz edib. O bildirib ki, olmayan xuliqanlıq əməlinə görə 50 min manat nədir, 5 manat da ödəyəsi deyil.

Növbəti proses mayın 26-da davam edəcək.

İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən "Babək Plaza"da görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb. Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapçast” Açıq Səhmdar Cəmiyyəti və “Promışlennıe Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub. O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.

O.Krapivin ötən iclasda səhhətindəki problemə görə azadlığa buraxılıb.

Tarix
2025.05.16 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

Albaniyada prezidentlərə sürpriz: İlham Əliyevin salamı... - Video

Ərdoğanın Əliyevlə görüşdə Paşinyana əl jesti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla