Yuxarı

ETX-dən xəbərdarlıq: Saxta mesajlar göndərilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elan platformalarında məhsul yerləşdirən vətəndaşlara müxtəlif nömrələr vasitəsilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC adından saxta mesajlar göndərilir və məhsulu almaq istəyi bildirilir.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilib ki, dələduzlar məhsulun ödənişini həyata keçirmək bəhanəsi ilə vətəndaşlara saxta keçidlər göndərirlər. Həmin keçidlərə daxil olan istifadəçilərdən bank kartı məlumatları və digər şəxsi məlumatların daxil edilməsi tələb olunur. Bu yolla vətəndaşların maliyyə və fərdi məlumatları ələ keçirilməyə çalışılır.

ETX vətəndaşlara xəbərdarlıq edir ki, bu cür hallarla rastlaşdıqda ehtiyatlı olsunlar, hər hansı qurum adından göndərilən mesajlara dərhal inanmasınlar və məlumatı birbaşa həmin qurumun rəsmi kanalları vasitəsilə dəqiqləşdirsinlər.

Qurum vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını naməlum mənbələrlə paylaşmamağı tövsiyə edir.

Tarix
2025.05.20 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

İslam ölkələri İsrail-İran münaqişəsi haqda bəyanat yaydı

Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian"dan şok

Mirzoyan ATƏT sədri ilə danışdı: Sülh müqaviləsi...

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana keçdi - Foto

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Bu da əlamətləri: 1-2 günə İran İsraillə anlaşacaq!

İrandakı diplomatlarımızın ailə üzvləri təxliyə olundu

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla