Yuxarı

Toyda dava saldığı üçün həbs edilən şəxs nazirlik əməkdaşıdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toyda dava saldığı üçün həbs edilən şəxs nazirlik əməkdaşıdır?

09:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı həbs edilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Məhkəmənin hökmü ilə nazirliyin tabeliyində DOST Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işləyən şəxs 3 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döyməkdə ittiham olunur. Belə ki, təqsirləndirilən şəxs Balakən rayonunun Kortala kəndindəki şadlıq sarayında keçirilən toy məclisində həddindən artıq spirtli içki qəbul edərək həmkəndlisi ilə mübahisə edib. Mübahisə zamanı o, həmkəndlisinin baş nahiyəsinə ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və nazirlik əməkdaşı məsuliyyətə cəlb edilib.

***

Həmkəndlisini döydüyü üçün həbs edilən T.Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, o cümlədən DOST Agentliyinin və ya DOST Mərkəzinin əməkdaşı deyil.

Bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev məlumat yayıb.

O bildirib ki, həmin şəxs "DOST İş" Mərkəzi tərəfindən ödənişli ictimai işlər proqramı çərçivəsində Zaqatala Regional Qaz İstismarı İdarəsinin Balakən rayonu üzrə ictimai işlər üzrə köməkçi işi ilə təmin edilib.

Tarix
2025.05.27 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla