Yuxarı

Sabiq başçının yarım milyonluq əmlakı ilə bağlı qərar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq başçının yarım milyonluq əmlakı ilə bağlı qərar...

Məhkəmə Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə qərar verib.

Axar.az Report-a istiandən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun cinayət işi üzrə dövlət nəfinə müsadirə edilmiş Bakının Xətai rayonunda yerləşən və dəyəri 454 min manat olan mənzillərin geri qaytarılması üçün verilən şikayətə baxılıb.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, sözügedən əmlak Mahir Quliyevin icra başçısı vəzifəsinə təyin olunmamışdan əvvəl alınıb.

Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.

Daha sonra Ali Məhkəmənin qərarı ilə onun cəzası 11 ildən 8 il 3 aya endirilib.

Tarix
2025.05.27 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla