Yuxarı

“Azərişıq" Uşaqlar Günündə Ağdamda tədbir keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Azərişıq” ASC-nin Mülki Müdafiə Qərargahı Ağdamda maarifləndirici tədbir təşkil edib.

Axar.az xəbər verir ki, Ağdamda inşa edilmiş Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində “Fövqəladə hadisə zamanı davranış qaydaları və ilkin tibbi yardım” mövzusunda keçirilən təlimdə Quzanlı qəsəbə tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Məktəblilər "Qəza və yanğınlar zamanı təhlükəsizlik qaydalarına əməl olunması", "Təxirəsalınmaz ilkin tibbi yardım" mövzularında maarifləndirilib. Elektrik naqilləri və avadanlıqları, sürpriz minalarla davranış qaydaları, yanğınsöndürmə balonlarından, əleyhqazlardan, əl altında olan digər əşyalardan istifadə, yaraların sarınması və yaralıların təhlükəsiz əraziyə təxliyə qaydaları öyrədilib. Təlimdə mülki müdafiə stendi və xilasetmə vəsaitləri də nümayiş etdirilib. Şagirdlər fərdi mühafizə vasitələri ilə tanış olub. İştirakçılara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və bukletlər təqdim edilib.

Tədbirin ikinci hissəsində şərti təlim keçirilib. İştirakçılar 10 kV-luq KTM yaxınlığında şərti qəzanın qarşısını almağa çalışıblar.

Sonda təlim içtirakçılarına diplomlar təqdim olunub. Tədbirin yekununda şagirdlər həmyaşıdlarına müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar. Sülhün rəmzi olan ağ göyərçinləri işğaldan azad olunan Ağdamın səmalarına buraxıblar.

“Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin bütün regionlarında maarifləndirici tədbirləri davam etdirir.

Tarix
2025.06.01 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Ceyhun Bayramov Keniyaya yola düşdü

Qərbi Azərbaycan yaradıla bilər - Krılov

Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya

28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan

İlham Əliyevdən millinin qələbəsinə reaksiya - Foto

Rusiya niyə atəşkəsdən qorxur?

Rusiya razılaşdı: 6 min cəsəd təhvil verəcək

Qarabağda yaralar sürətlə sağalır, biz də... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla