Yuxarı

“AzerGold” QSC bu uşaqlar üçün ekskursiya təşkil etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AzerGold” QSC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkət əməkdaşlarının övladları üçün xüsusi tədbir təşkil edib.

Axar.az xəbər verir ki, tədbir çərçivəsində uşaqlar Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) ekskursiya ediblər.

Ekskursiyanın əsas məqsədi uşaqları Azərbaycanın dağ-mədən sənayesi, faydalı qazıntıların hasilatı və emalı prosesi, o cümlədən valideynlərinin çalışdığı iş mühiti ilə tanış etmək, həmçinin onların ətraf mühitə və peşə müxtəlifliyinə dair dünyagörüşünü genişləndirmək olub.

Tədbir zamanı uşaqlara təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Kiçik qonaqlar istehsalat sahələrini gəzib, laboratoriya avadanlıqları və mədən texnologiyaları ilə yaxından tanış olublar.

Sonda azyaşlı ziyarətçilərə Cəmiyyətin adından xatirə hədiyyələri təqdim olunub.

Tarix
2025.06.01 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Ceyhun Bayramov Keniyaya yola düşdü

Qərbi Azərbaycan yaradıla bilər - Krılov

Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya

28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan

İlham Əliyevdən millinin qələbəsinə reaksiya - Foto

Rusiya niyə atəşkəsdən qorxur?

Rusiya razılaşdı: 6 min cəsəd təhvil verəcək

Qarabağda yaralar sürətlə sağalır, biz də... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla