Yuxarı

Bakıda məşhur oteldə əcnəbi vətəndaşın 800 avrosu oğurlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məşhur oteldə əcnəbi vətəndaşın 800 avrosu oğurlandı

Bakıda fəaliyyət göstərən "Garden İnn" otelində oğurluq olub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə otelin 501-ci nömrəli otağında baş verib. Həmin otaq Niderland Krallığının vətəndaşına məxsus olub.

Hadisəni törədənlər əcnəbi vətəndaşı əvvəldən tanıyıblar. Bu baxımdan onları yaxalamaq çətin olmayıb.

Həmin şəxslər polis tərəfindən saxlanıldıqdan sonra onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barələrində məhkəmənin qərarı ilə həbs qətimkan təbdiri seçilib. İstintaq prosesində həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəzlənib.

Cinayət işinin məhkəmə istintaqı Səbail Rayon Məhkəməsində aparılıb. Məlum olub ki, Niderland Krallığının vətəndaşı hadisəni törədənlərlə Bakıda tanış olub. Əcnəbi turist "Tarqovı"da gəzişərəkən onlardan biri ona yaxınlaşaraq özünü bələdçi kimi təqdim edib. Niderland Krallığının vətəndaşı onun bələdçiliyinə razılaşıb.

Onlar "Enjoy" kluba gediblər. Orada ərəb əsilli turistlərlə dalaşıblar. Əraziyə polis gəlib. Həmin vaxt əcnəbi vətəndaş "bələdçiyə" oteldəki otağının açarını verib. "Bələdçi"nin tanışı yanında olub. Onlar otelə gedərək əcnəbi vətəndaşın 800 avro pulunu oğurlayıblar. Niderland vətəndaşının polisə müraciətindən sonra hər iki şəxs saxlanılıb.

Məhkəmə istintaqı zamanı onlar verilmiş ittiham üzrə özlərini təqsirli biliblər. Hakim Şəhla Süleymanovanın çıxarıdığı hökmə əsasən hadisəni törədənlərindən birinə 2 il müddətinə, digərinə isə 2 il 6 müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Hər iki şəxsin həbsdə saxlanıldığı 6 ay 17 gün müddət 1 günə 2 gün hesablanmaqla verilən cəzalardan çıxılıb və onların üzərində müvafiq olaraq 10 ay 26 gün və 1 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Tarix
2025.06.02 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla