Yuxarı

Çətənə kolları yetişdirən 4 nəfər həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb, 900-ə yaxın çətənə kolu aşkarlanaraq götürülüb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan Mətləb Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 621 ədəd çətənə kolu və 500 qram marixuana aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər tədbirlər zamanı Elcan Nəzərov, Fazil Ələkbərov və Vüsal Təhməzov da saxlanılıblar. Həmin şəxslərə məxsus həyətyanı sahələrdən isə ümumilikdə 250 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Tarix
2025.06.07 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla