13:31
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
Məlumata görə, bunlar Biləsuvar rayon sakinləri, 1978-ci il təvəllüdlü Elnur Əlixan oğlu İsayev, 1982-ci il təvəllüdlü Günay Valeh qızı İsayeva, 2006-ci il təvəllüdlü Nurlanə Elnur qızı İsayeva, 2010-cu il təvəllüdlü Elmira Elnur qızı İsayeva və 1992-ci il təvəllüdlü İqbal İlham oğlu Cəfərovdur.
Faktla bağlı araşdırma aparılır.