
Maksimum bal toplayan şagird uğurunun sirrini açdı - Video
00:42
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İyunun 7-də ruslar Donetsk vilayətini atəşə tutublar. Hücum nəticəsində 3 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
O bildirib ki, İllinovska icmasının Yablonovka kəndində ruslar 2 nəfəri qətlə yetirib və 2 evi dağıdıblar. Daha 1 nəfər isə Konstantinovkada həlak olub.
Filaşkinin sözlərinə görə, Pokrovsk şəhərində bir sakin yaralanıb, şəhərdə FPV-dron təsərrüfat tikilisinə zərər yetirib.
Tarix
2025.06.07 / 16:27
|
Müəllif
Vüsalə İsgəndərova
|