Yuxarı

Valideynlərin üzük hədiyyə etdiyi müəllim danışdı: Bilsəydim...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda müəllimin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, Tovuzun Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan uşaqların valideynləri həmin məktəbin müəllimi Günel Məmmədovanı müdafiə ediblər.

Müəllimin barmağına üzük taxan valideynlər bildiriblər ki, sözügedən addımı onlar öz təşəbbüsləri ilə atıblar.

"Biz öz təşəbbüsümüzlə tədbir keçirmişik. Tədbirə müəllimi qonaq çağırmışıq. Ona çox da bahalı olmayan zinət əşyası almışıq. Müəllimin bundan xəbəri olmayıb" - deyə Elgün İbadova adlı valideyin bildirib.

Digər valideyn Ayşə Kərimova deyib ki, hədiyyəni valideynlər özləri birlikdə alıb.

Adıçəkilən müəllim də iddalara cavab verib. O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valieynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib.

"Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim" - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.

Tarix
2025.06.07 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla