Yuxarı

Çin nadir metalların ixracı üçün məhdudiyyəti yumşaltdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin bəzi nadir torpaq metallarının ixracına tətbiq etdiyi qadağını yumşaldıb.

Axar.az xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi açıqlama yayıb.

Qərarın verilməsində səbəb robot və ekoloji təmiz avtomobillər istehsalı daxil olmaqla qlobal tələbatın artmasıdır. Nazirliyin açıqlamasında ixracına yumşalma tətbiq olunan metalların siyahısı göstərilməyib.

Qeyd edək ki, Çin hökuməti Donald Tramp administrasiyasının Çin mallarına idxal rüsumlarını artırmağa başlayandan, yəni, fevraldan nadir yer metallarının, o cümlədən volfram, tellur, bismut, molibden və indiumun ixracına məhdudiyyət tətbiq edir. Rəsmi Pekin həmin qərarını ölkənin milli təhlükəsizliyini və mənfəətini qorumaq, habelə silahların yayılmasının qarşısını almaq kimi beynəlxalq öhdəliyi yerinə yetirmək, qlobal istehsal və təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini təmin etmək məqsədi ilə qəbul etdiyini açıqlamışdı.

İyunun 7-də Çinin Xarici İşlər Nazirliyi Londonda Çin-ABŞ iqtisadi və ticarət məsələləri üzrə görüş keçiriləcəyini açıqlayıb.

Tarix
2025.06.08 / 00:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla