Yuxarı

Kral III Çarlzın qvardiyasına qarşı terror aktı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada polis Kral III Çarlzın qvardiyasına qarşı planlaşdırılan terror aktının qarşısını alıb.

Axar.az xəbər verir ki, bu barədə “Sun” qazeti məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Britaniya monarxını qoruyan hərbçiləri hədəfə alan hücum planını vaxtında aşkar ediblər.

Ötən həftə Slau şəhərində hücum və yandırma məqsədilə silah saxlamaqda şübhəli bilinən bir gənc saxlanılıb. Daha sonra o, terror aktı hazırlamaqda ittiham olunub. İstintaq ilkin olaraq onun təkbaşına hərəkət etdiyini göstərir.

Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Kral III Çarlzın təhlükəsizliyini təmin edən Koldstrim mühafizəçilərinə iki gün ərzində hərbi geyimdə kazarma xaricinə çıxmaq qadağan olunub.

Qeyd edək ki, kazarma kralın rəsmi iqamətgahı olan Vindzor sarayına çox yaxın məsafədə yerləşir.

Tarix
2025.06.08 / 00:32
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla