Yuxarı

17 il əvvəl vəfat edən mayora şəhid adı veriləcək - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Rövşən Akif oğlu Abbasova şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub.

Axar.az Trend-ə istinadən xəbər verir ki, mərhum 1997-ci ildən 2007-ci ilin aprel ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan bir neçə hərbi hissədə zabit rütbələrində kəşfiyyatçı vəzifələrində xidmət edib.

Son vəzifəsi N saylı hərbi hissənin qərargah rəisi olub və komandir vəzifəsini icra edib. 22 noyabr 2006-cı ildə xidməti vəzifəsinin icrası zamanı, döyüş postunu yoxlayıb hərbi hissəsinə qayıdan zaman avtomobil qəzası keçirib.

2006-cı ilin noyabr ayından 2007-ci ilin aprel ayınadək Mərkəzi Kilinik Hərbi Hospitalda komatoz vəziyyətdə müalicə alıb. Nəticədə birinci qrup əlillik təyin olunaraq istefaya buraxılıb.

Gəncə İnzibati Məhkəməsinin qərarı ilə mərhumun həyat yoldaşının iddiası təmin edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə şəhid statusunun verilməsi tələbi qoyulub.

Tarix
2025.06.07 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla