Yuxarı

Ağdamda velosiped istehsal ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda velosiped istehsal ediləcək

“Qarabike” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

Axar.az agentliyə istinadən xəbər verir ki, yeni qeydiyyata alınmış rezident sənaye parkının ərazisində velosiped istehsal edəcək.

Layihənin investisiya dəyəri 8,6 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə ilkin mərhələdə il ərzində 44 min ədəddən çox velosiped istehsal ediləcək, növbəti mərhələdən isə illik istehsal gücünün 70 min ədədə çatdırılması planlaşdırılır.

Ağdam Sənaye Parkında hazırda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar 115 milyon manatdan çox investisiya yatırıb, 650 nəfərdən çox daimi iş yeri yaradıb.

Tarix
2025.06.10 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

MHP-dən Azərbaycan açıqlaması: Xəzərlə Aralıq ayrılmaz!

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla