Yuxarı

Bakıda “Özbəkistan” parkı salınacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Özbəkistan”, Daşkənddə isə “Azərbaycan” parklarının salınması planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında bildirib.

"Bu parklar xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin simvoluna çevriləcək. İyunun əvvəlində Daşkəndin meri, eyni zamanda mənim yaxın dostum Şövkət Umurzakov Bakıda işgüzar səfərdə idi. Səfər çərçivəsində paytaxtın Ağ Şəhər ərazisində "Özbəkistan" parkının inşa ediləcəyi əraziyə baxış keçirildi. Buna cavab olaraq, bu ayın sonunda Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfəri planlaşdırılır. Həmin səfər zamanı da “Azərbaycan” parkının salınacağı əraziyə baxış keçiriləcək. Bu, iki paytaxt arasında canlı mədəni körpü olacaq", - deyə o qeyd edib.

Tarix
2025.06.11 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

Bu ərazilər Azərbaycana qaytarılır: ermənilər xəritə yaydı - Foto

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

İlham Əliyevin müdrikliyi sayəsində... - Rusiya səfiri

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla