11:15
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
***
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları məlum olub.
Oxu.az-ın məlumatına görə, hadisə nəticəsində həyatını itirən 1994-cü il təvəllüdlü Həqiqət Şahin qızı İsmayılova, xəsarət alanlar - 2021-ci il təvəllüdlü Əli Cavanşir oğlu və sürücü 2001-ci il təvəllüdlü Şəbnəm Firudin qızı Hüseynovadır.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb sürücünün telefona başının qarışması olub. Yola nəzarəti itirən sürücü gəldiyi sürətlə yoldakı beton arakəsməyə çırpılıb.
Qzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.
***
İyunun 11-də saat 10:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1-i qadın cinsli, 1-i kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, 2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya ( kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilir.