Yuxarı

"Qurban payı" aksiyası çərçivəsində 376 ailəyə yardım edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırmızı Ürəklər Fondu Qurban bayramı münasibətilə ölkənin 34 şəhər və rayonunu əhatə edən genişmiqyaslı "Qurban Payı" aksiyasını uğurla yekunlaşdırıb. Aksiya çərçivəsində aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan 376 ailəyə qurban payı təqdim edilib.

"Qurban payı" aksiyası Qırmızı Ürəklər Fonduna edilən ianələr hesabına həyata keçirilib. "Birbank" mobil tətbiqindən və redhearts.az veb-saytı üzərindən aparılan ianə toplama kampaniyası nəticəsində 1049 ianəçinin dəstəyi ilə 8975 AZN ianə toplanılıb.

Aksiyanın həyata keçirilməsində "Kapital Bank"ın 52 könüllüsü fəal iştirak edib. Bayram payları könüllülər vasitəsilə yardıma ehtiyacı olan ailələrə çatdırılıb.

Fond ənənəvi olaraq təşkil olunan bu aksiya ilə bayram günlərində yardıma ehtiyacı olan ailələrin sevincinə şərik olmağı, eyni zamanda cəmiyyətin hər bir fərdinə sosial məsuliyyət və həmrəylik hissini aşılamağı hədəfləyir.

Ətraflı məlumat üçün: https://rb.gy/5ked6i

Qeyd edək ki, "Red Hearts" - Qırmızı Ürəklər Fondu 2020-ci ildə "Kapital Bank"ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.

Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Tarix
2025.06.11 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

Bu ərazilər Azərbaycana qaytarılır: ermənilər xəritə yaydı - Foto

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

İlham Əliyevin müdrikliyi sayəsində... - Rusiya səfiri

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla