Yuxarı

“Kərimə” dövləti qurmaq istəyənlərə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kərimə” dövləti qurmaq istəyən və müəyyən şəxslərə qarşı terror aktları törətməyi planlaşdıran şəxslərə hökm oxunub.

Axar.az xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib.

Hökmə əsasən, cinayət işi üzrə təqsirləndirilənlər - Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16 il, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusif Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay, Mir Vasid Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin (13 nəfər) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

Onlara qarşı AR Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci madddələri ilə ittiham irəli sürülüb.

Həmçinin təqsirləndirilən şəxslər sabiq təhsil naziri Misir Mərdanov və “eal TV-nin rəhbəri Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlamışlar.

Adıçəkilən şəxslər cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınıblar.

Tarix
2025.06.12 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla