Yuxarı

Sumqayıtda yaşayış binasında yanğın - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan ikiotaqlı mənzilin bir otağının və eyvanın yanar konstruksiyaları 22kv.m sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Tarix
2025.06.24 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

İran da, İsrail də “qazandığını” deyir: Bəs, uduzan kim?

Trampın siyasətdə acizliyi üzə çıxdı - Mixaylov

İran 44 günlük savaşdakı taktikadan istifadə etdi

Prezident Çen Qianqı qəbul etdi - Foto

Prezident Mingəçevirdə ermənilərin raket atdığı ərazidə...

Ukrayna vətəndaşları İrandan ölkəmizə təxliyə olundu

İsrail-İran savaşı bitdi: Kim nələr itirdi?

MM Ali Baş Komandanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla