
İran nüvə proqramını bərpa edə bilməyəcək
15:11
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
12:07
Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub.
Axar.az xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) köçürülüb.
Bununla da Həsənrizə köçürülən ailələrin sayı 130-a (452 nəfər), Sarıcalıya köçürülən ailələrin sayı isə 186-ya (775 nəfər) çatıb.
Tarix
2025.06.24 / 14:46
|
Müəllif
Axar.az
|