Yuxarı

Kərim Vəliyev Tükiyədə təlimi izlədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:13

Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən Sülhün Müdafiəçisi-2025 beynəlxalq təlimini izləyib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Buldirilib ki, sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib.

“Anadolu Qartalı - 2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Mətin Gürak və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.

Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tarix
2025.06.27 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

İran-İsrail qarşıdurması: Bakı ilə bağlı cəfəngiyyat... - Prezident

İlham Əliyev İran səfirini qəbul etdi - Foto

Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi

Prezident iki yeni səfiri qəbul etdi - Foto

Azərbaycan özünün enerji potensialını daim artırır

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla