Yuxarı

Rusiyanın öldürdüyü insanları tanıyırdım - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın öldürdüyü insanları tanıyırdım - Deputat

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas Report-a açıqlamasında deyib.

O baş verən hadisəni vəhşilik adlanıdırıb:

“Heç Amerikada zəncilərə o cür vəhşilik edilməyib. Ümumiyyətlə etniklərə münasibətdə vəhşidirlər. Söhbət sadəcə azərbaycanlılardan getmir, başqa xalqlara da eyni menasibəti bəsləyirlər. Keçirdikləri əməliyyat tamamilə qanunsuzdur. Heç bir məhkəmə qərarı olmadan evə girmək və bu cür vəhşilik etmək insanlıqdan kənardır. O evdə atom bombası vardı? Lənətlənməli hərəkətdir. İnsan hadisəni düşünəndə qanı donur. Öldürülən şəxslər tanıdığım insanlar idi. Dünyada Rusiya ilə münasibət saxlayan heç kim qalmayıb, biz və özbəklərdən başqa. Biz də olmasaq, ortada “bayquş” kimi qalacaq. Hər gün hamı ilə vuruşur. Amma bu dərəcədə vəhşilik yerdə qalmamlıdır. Yəqin Rusiya bunun cavabını verəcək”.

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb.

Tarix
2025.06.29 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Karapetyan Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla