Yuxarı

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.

Axar.az DTX-nin Mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.

Əvvəlcə Akademiyanın Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib, ardınca məzunlara Akademiyanın diplomları təqdim olunub.

Daha sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Xidmət rəisi bildirib ki, Ulu Öndərin adını daşıyan bu tədris müəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.

Akademiyanın maddi-texniki bazasının və kadr potensialının ildən-ilə daha da təkmilləşdirildiyini vurğulayan general-polkovnik Əli Nağıyev burada təhsil səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, Akademiyadakı mövcud şəraitin davamlı yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib, son illərdə bilik yarışlarında bu xüsusi təyinatlı ali təhsil müəssisənin kursantlarının qazandıqları uğurların sadalanan amillərin məntiqi nəticəsi olduğunu deyib.

Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev Akademiyanı bitirən zabitlərin çalışacaqları DTX-nin struktur bölmələrində vəzifə borclarını vicdanla yerinə yetirəcəklərinə, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edərək, təhlükəsizlik orqanlarının sıralarında öz layiqli yerlərini tutacaqlarına qətiyyətlə inandığını bildirib.

Digər çıxış edənlər məzunların Akademiyada mənimsədikləri bilik və bacarıqları gələcək fəaliyyətlərində lazımi qaydada tətbiq edə biləcəklərinə dərin inamlarını, burada kursantlara göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Təntənəli mərasim xatirə fotoşəklinin çəkdirilməsi ilə sona çatıb.

Tarix
2025.07.05 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

Prezident venesuelalı həmkarını təbrik edib

Mənə dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər...

Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?

Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

Uraloğludan Xankəndidən təsirli sözlər - Foto

Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla