Yuxarı

Stadion işçiləri maaş həsrətində: Günün 24 saatı işləyirik...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərinin mərkəzində yerləşən, şəhid Yaşar Məmmədzadənin adını daşıyan stadionda həyat əvvəlki kimi sakit deyil. Futbol səslərinin, məşq qışqırıqlarının əks-səda verdiyi bu meydanda indi yalnız bir sual dolaşır: “Maaşımız nə vaxt veriləcək?”

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a danışan stadionun gözətçi-bağbanı Qüdrət Məmmədov bildirib ki, artıq üç aydır onlar maaş ala bilmirlər:

"Hər dəfə müdirə deyirik, deyir hələ ki, pul yoxdur, yuxarıdan vəsait köçürülməyib. Mənim 363 manat maaşım var, amma bu üç ayda bir qəpik də görməmişəm. Şikayət edirik, deyirlər ki, məşq yoxdur, yarış yoxdur. Bəs mən soruşuram, aprel-mayda yarış da olub, məşqlər də keçirilib. Niyə pul yoxdur?"

Narazı olan təkcə Qüdrət Məmmədov deyil. Stadionda çalışan digər əməkdaşlar - fəhlələr, təmizləyicilər və bağbanlar da eyni vəziyyətdədir. Ümumilikdə 9 nəfərdirlər. Onların dediyinə görə, əmək haqqı ödənilmədiyi üçün artıq işə gedib-gəlmək belə çətinləşib.

Stadionun direktoru Akif Hüseynovun sözlərinə görə, vəziyyət müvəqqətidir və tezliklə həllini tapacaq:

"Stadion təsərrüfat hesablıdır, yəni, büdcədən maliyyələşmir. Əvvəllər maaşlar vaxtında ödənilirdi. İndi sadəcə, bir az çətinlik var. Yay aylarıdır, oyun keçirilməyib, tədbir olmayıb, gəlir gətirməyib. Amma yaxın günlərdə müəyyən vəsait köçməlidir, biz də həmin pulla əmək haqlarının bir qismini ödəməyi nəzərdə tutmuşuq".

Tarix
2025.07.05 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla