Yuxarı

Bu gün Su çərşənbəsidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Su çərşənbəsidir

Bu gün Novruzun dörd çərşənbəsindən ilki - Su çərşənbəsidir.

Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Təzə su, daha doğrusu, əzəl çərşənbənin sabah erkəndən köpüklənən su hər dərdin dəvası hesab edilər. O gün suyun başında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirlər. Su sahilində, bulaq başında suya xitab edən, onun gücünü tərənnüm edən nəğmələr oxunar.

Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydan və ya arxdan "lal su" (dilsiz su) gətirərlər. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz baxtı üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar.

İki sevgilinin bir-birinə qovuşub-qovuşmayacağını anlamaq üçün iki iynənin dəlikli tərəfinə pambıq sarıyarlar və hər birini qabın bir tərəfindən suya atarlar. İnam və etiqada görə, iynələr qabda üzüb bir-birlərinə yaxınlaşarlarsa, sevgililər qovuşacaq, əgər ayrı istiqamətə gedər və ya suyun üstündə qalarsa, bu iş baş tutmayacaq. İynələr suyun dibinə çökərsə, o halda bu su "lal su" deyildir.

Qeyd edək ki, Novruzun ilk çərşənbəsi fevralın 25-nə, ilaxır çərşənbə isə martın 18-nə təsadüf edəcək. Ölkədə Novruz bayramı 20, 21, 22, 23, 24 mart tarixlərində qeyd olunacaq(APA).

Tarix
2014.02.25 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla