Yuxarı

Azərbaycanda 3800 illik tapıntı... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 3800 illik tapıntı... - Foto

Keşikçidağda 3800 il yaşı olan döyüşçü kurqanı aşkarlanıb.

Bu barədə Axar.az-a "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğundan məlumat verilib.

Bildirilib ki, kurqan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə Ceyrançöl düzənliyində yerləşən və yerli əhali arasında “Yovşanlıdərə” adı ilə tanınan ərazidə elmi-arxeoloji qazıntılar zamanı tapılıb.

Məlumata əsasən, ekspedisiyaya AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov rəhbərlik edib.

Onun rəhbərliyi ilə Orta Tunc dövrünə aid diametri 28 m, hündürlüyü 2 m olan, sərkərdənin dəfn edildiyi kurqandan zəngin artefaktlar aşkarlanıb. Eni 2 m, uzunluğu 6 m və dərinliyi 3 m olan kurqanda qəbir kamerası uzunu boyunca üç yerə bölünüb: insan skeletinin və onun avadanlıqlarının qoyulduğu yer (otaq), gil qabların qoyulduğu yer (otaq) və tamamilə boş olan yer (otaq).

Kurqanda yarımbükülü vəziyyətdə sərkərdənin (boyunun uzunluğu 2 metrdən artıq) əlində tutulmuş, dördtilli tunc nizə ucluğu, ayaq biləyi nahiyəsində aşkarlanan tunc bəzək əşyası, pasta muncuqlar və obsidiandan hazırlanmış əmək alətləri, 12 ədəd inkrustasiyalı və zəngin naxışlı saxsı küp aşkarlanıb. Bu küplərin hər biri boğaz və çiyin hissələrində mürəkkəb nöqtəvari döymə və basma naxışlarla bəzədilib, həmin ornamentlərin içərisi isə xüsusi ağ maddə ilə doldurularaq inkrustasiya olunub.

Kurqanın üst örtüyündə 0.5 m torpaq örtüyündən sonra hər birinin ağırlığı 1 ton, eni 0.60 metr, uzunluğu 2 m olan, 14 ədəd qarşı-qarşıya qoyulmuş qaltan daşları və onların baş hissəsində öküz formasında daş büt aşkar olunub.

Tarix
2025.07.10 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla