Yuxarı

Yeni təhvil verilən Böyükşor yolu niyə bağlandı? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni təhvil verilən Böyükşor yolu niyə bağlandı? - Video

Yeni istifadəyə verilmiş Böyükşor–Pirşağı avtomobil yolunun bir hissəsi müvəqqəti olaraq bağlanıb. Hazırda hərəkət yalnız yolun bir tərəfində mümkündür və həmin hissədə iki istiqamətli nəqliyyat axını təmin olunur. Bu səbəbdən bəzi saatlarda yolda sıxlıq müşahidə edilir.

Məsələ ilə bağlı Axar.az-ın sorğusunu cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, hazırda yolda təmir deyil, layihənin tamamlanması prosesi aparılır.

“Bildiyiniz kimi, ötən il Bakıda keçirilən mühüm tədbir ərəfəsində həmin yol istifadəyə verildi. Tədbirə qədər yolun üst layına asfalt örtüyü döşənərək istismara açıldı, lakin aşınma qatı sonrakı mərhələyə saxlanıldı.

Hazırda isə bağlanan hissədə aşınma qatının döşənməsi, yəni son asfalt qatının vurulması işləri aparılır. Bununla yanaşı, yolda 3 yerüstü piyada keçidinin layihələndirilməsi və tikintisi də davam etdirilir.

Qeyd etmək istərdik ki, bu, təmir işi deyil. Yolun texniki baxımdan təmirə ehtiyacı yoxdur. Sadəcə olaraq, layihə çərçivəsində nəzərdə tutulan son tamamlanma işləri həyata keçirilir”.

Tarix
2025.07.11 / 13:18
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla