Yuxarı

Bakı şəhər prokuroru: Paytaxtda adam oğurluğu artıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7 549 törədilmiş cinayət hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, bunu Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.

O bildirib ki, qeydə alınan cinayətlərin 92.6%-i açılıb:

"Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdən adam öldürmə cinayətinin üstü açılıb".

"Qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq, mənimsəmə və israf etmə, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma, adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artım müşahidə olunub", - deyə Elşən Abbasov bildirib.

Tarix
2025.07.17 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla