Yuxarı

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

Bu gün Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin doğum günüdür.

Axar.az xəbər verir ki, Ərdəbil şeyxlərindən olan Səfəvilər xanədanına mənsub İsmayıl Heydər oğlu 1487-ci ilin iyulun 17-də anadan olub.

14 yaşında taxta çıxan Şah İsmayıl qısa zaman kəsiyində şimala yürüşlər təşkil edir, Şirvan və Şəki hakimliklərini Səfəvi dövlətinə tabe edir, parçalanmış Ağqoyunlu xanədanının bir-birini qəbul etməyən hökmdarlarına qalib gəlir.

Güclü dövlət xadimi, bacarıqlı sərkərdə, cəsur döyüşçü olan Şah İsmayılın zamanında Səfəvi dövlətinin ərazisi təxminən 2 milyon 800 min kvadrat kilometrə çatırdı. İlk dəfə türk dilinin rəsmi dövlət dili səviyyəsinə qaldırmış Şah İsmayıl ədəbiyyat, incəsənət hamisi idi. Özü də türkcə şeirlər yazan böyük hökmdar türkdilli Azərbaycan ədəbiyyatına böyük töhfələr vermişdi.

1510-cu ildə güclü özbək hökmdarı Şeybani xana qalib gələn Şah İsmayıl Səfəvi dövlətini imperiyaya çevirdi. Səfəvilərin güclənməsi başqa bir türk dövlətini - Osmanlı imperiyasını narahat edirdi.

1514-cü ilin avqustunda Çaldıran düzənliyində zəmanəsinin iki nəhəng türk dövləti üz-üzə gəldi. Döyüş Səfəviləri məğlubiyyəti ilə bitsə də, Osmanlılar da ciddi itki verdilər.

Gənc hökmdar 1524-cü ilin 23 mayında vəfat etdi.

Onun nəşi Ərdəbilə gətirilərək Şeyx Səfi məqbərəsində torpağa tapşırıldı.

Tarix
2025.07.17 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla