Yuxarı

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə növbəti fərdi görüşlərini keçirib.

Axar.az xəbər verir ki, görüşlər zamanı beynəlxalq tədbirlərdə protokol qaydalarının tətbiqi, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və tərəfdaşlarla effektiv kommunikasiyanın qurulması mövzuları müzakirə olunub.

İdarə Heyətinin sədri Zakir İbrahimov müsabiqə qalibləri ilə şəxsi təcrübəsini bölüşərək, onlara həmin istiqamətlərdə bilik və bacarıqlarını inkişaf etdirmələri üçün tövsiyyələr verib. Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin istedadlı gənclərə öz potensialını reallaşdırmaq, peşəkar bacarıqlarını artırmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün geniş imkanlar yaratdığını vurğulayaraq, proqram iştirakçılarını onlara təqdim olunmuş bu imkanlardan maksimum yararlanmağa dəvət edib.

Görüşlər mövzular ətrafında sual-cavab formatında davam edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.

Tarix
2025.07.21 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi

Yaqub Eyyubovun adından saxta açıqlama

Azərbaycan XİN Banqladeşə başsağlığı verdi

Hacıyevin adından Rusiya ilə bağlı saxta açıqlama yayıldı

Rusiya Azərbaycandan bunu istəyir

Ərdoğandan Zəngəzur açıqlaması: Buna inanıram!

Azərbaycan Rusiyanı məhkəməyə versə... – Kreml

Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Kreml

Urmiya gölünün son vəziyyəti: yox olur - Foto

Minsk Qrupunun ləğvi və konstitusiya dəyişikliyi... - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla