Yuxarı

İrana hücum zamanı İsrailə ekstrasenslər kömək edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana hücum zamanı İsrailə ekstrasenslər kömək edib

İsrail əsilli britaniyalı illüzionist, sehrbaz və özünü ekstrasens hesab edən Uri Qeller 2025-ci ilin iyun ayında İsrailin İranın nüvə obyektlərinə və hərbi hədəflərinə zərbə endirmək üçün "gizli hərbi ekstrasens qrupu" və süni intellektdən istifadə etdiyi iddiasıyla sensasiyalı bir açıqlama verib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, o bu barədə "Yerusəlim Post"a müsahibəsində danışıb.

Qellerin sözlərinə görə, onun iddiaları İranın “Javan” qəzetinin keçmiş redaktoru Abdullah Gəncinin “Şir kimi xalqın” əməliyyatı zamanı İsrailin “okkult və fövqəltəbii qüvvələrdən” istifadə etdiyini iddia edən son bəyanatı ilə üst-üstə düşür.

"İran hakimiyyəti başa düşdü ki, baş verənləri təkcə mexaniki vasitələrlə və ya kiberhücumlarla izah etmək mümkün deyil. Bu, elmi anlayışa uyğun gəlmir", - Qeller deyib. "Onlar fövqəltəbii bir şeyin iştirak etdiyi qənaətinə gəldilər - və əsasən haqlı idilər."

İllüzionist həmçinin iddia edir ki, sözügedən “ekstrasenslər qrupu” dərin məxfilik şəraitində fəaliyyət göstərir və Amerikanın “Stargate” layihəsinin başlatdığı təşəbbüsün davamıdır.

Bu Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin proqramı bir vaxtlar hərbi istifadə üçün psixi qabiliyyətlərin öyrənilməsi ilə məşğul idi və 1995-ci ildə bağlanıb. Layihənin gizli sənədlərində heç vaxt rasional izah edilə bilməyən obyektlərin yoxa çıxması halları qeyd olunub.

Qellerin sözlərinə görə, süni intellekt əməliyyata mühüm töhfə verib:

"Süni intelekt bizə çox kömək etdi. Düşünürəm ki, texnologiyamız sayəsində İsrail bütün müharibələrdə qalib gəlir".

Tarix
2025.07.21 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla