Yuxarı

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirildi

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.

Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə “Təhsil haqqında” qanunun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, “Məktəbəqədər təhsil haqqında” qanunun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, eləcə də həmin qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri əlavə edilib.

Xatırladaq ki, bu günə qədər məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilirdi.

Tarix
2025.07.21 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

Bakı və Berlin siyasi məsləhətləşmələr keçirdi

İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi

Müharibənin qalibi İrandırmı?

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla