Yuxarı

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətəuyğun olmayan məlumatlar yayılıb. İordaniyanın rəsmi “Petra” xəbər agentliyi, eləcə də “əl-Dustur”, “əl-Bələd”, “Neyruz” və digər xəbər portalları Azərbaycanın Əmmandakı səfirliyinin bununla əlaqədar bəyanatını dərc edib.

Axar.az xəbər verir ki, bəyanatda regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılmasının ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət etdiyi və məqsədli dezinformasiya xarakteri daşıdığı bildirilir. Bu kimi cəhdlər qətiyyətlə pislənilir.

Qeyd olunur ki, bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasir texnoloji imkanlar şəraitində raket və ya digər uçuş vasitələrinin hansı istiqamətdən buraxıldığını müəyyən etmək çətin deyil.

Bəyanatda həmçinin bildirilir ki, region və Körfəz ölkələri müasir radar və müşahidə sistemlərinə malikdir və bu sistemlər vasitəsilə obyektlərin mənşəyi və trayektoriyası aydın şəkildə müəyyən olunur.

Bəyanatda, eləcə də Azərbaycan Respublikasının mövqeyi bir daha vurğulanır. Qeyd olunur ki, ölkəmiz beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyin qorunmasına daim sadiqdir. İordaniya mətbuatında yayılmış rəsmi bəyanatda bütün tərəflərə yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etmək, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməklə bağlı çağırış edilir. Media subyektləri və sosial şəbəkə istifadəçiləri informasiya yayımı zamanı yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirməyə, yalnız rəsmi və etibarlı mənbələri əsas götürməyə, şübhəli və manipulyativ xarakterli məlumatların yayılmasına yol verməməyə səslənir.

Tarix
2026.04.10 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla