Yuxarı

Təbrizdə 75 günlük su ehtiyatı qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizdə su istehlakı qırmızı həddə çatıb, şəhərdə 75 günlük su ehtiyatı qalıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin Regional Su şirkətinin başçısı Yusif Qafarzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bölgədə içməli suyun orta istehlakı saniyədə 12 min litrə çatır, pik saatlarda bu göstərici 13 min litri ötür. Başçı bildirib ki, illik içməli su istehlakı artıq 380 milyon kubmetr təşkil edir, bu da ciddi idarəetmə tələb edən böyük bir rəqəmdir: “Kənd ərazilərində də 90 milyon kubmetr su istehlak olunur”.

O, əyalətin beş şəhərinin hazırda qırmızı statusda (böhranlı vəziyyətdə) olduğunu, doqquz şəhərin isə böhran həddinə yaxınlaşığını deyib: “Təbriz də bu böhranlı şəhərlər sırasında yer alır”.

Tarix
2025.07.24 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə... - Bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi

Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?

Bakıdan qovulan Ocaqnejad azərbaycanlılarla görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla