Yuxarı

"Azercell"in dəstəklədiyi milli komanda olimpiadada uğur qazandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil operator qızların İKT sahəsində iştirakının təşviqinə davam edir

14–20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçirilmiş 5-ci Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) azərbaycanlı məktəbli qızlar yüksək nəticələr göstəriblər. Ölkəmizi uğurla təmsil edən Bakı şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin X sinif şagirdi Rahidil Bayramlı və Gəncə şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin XI sinif şagirdi Ayan Kərimova bürünc medala, Bakı şəhəri, eyni liseyin X sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafata layiq görülüb.

Beynəlxalq İnformatika Olimpiadasının (IOI) formatında təşkil olunmuş müsabiqəyə 61 ölkədən 200-dən çox şagird qatılıb. İki gün ərzində hər biri beş saat davam edən proqramlaşdırma sessiyalarında qızlarımız alqoritmik düşüncə və texniki bacarıqlarını nümayiş etdirərək mürəkkəb tapşırıqlar həll ediblər. Qiymətləndirmə təqdim olunan həllərin funksionallığı və texniki dəqiqliyi əsasında aparılıb.

Yarışma proqramından əlavə, olimpiada iştirakçılara Almaniya mədəniyyəti ilə tanış olmaq, həmçinin müxtəlif ölkələrdən həmyaşıdları ilə ünsiyyət qurmaq fürsəti yaradıb. Qızlar Bonn şəhərinin mədəni və tarixi abidələrini ziyarət edib, maarifləndirici və interaktiv tədbirlərdə fəal iştirak ediblər.

“Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu çərçivədə, qızlardan ibarət komanda artıq dörd ildir ki, EGOI-də müntəzəm iştirak edir. Şirkət bu təşəbbüslərlə ölkədə İT və İKT sahələrində təhsilin inkişafını, xüsusilə qızların bu sahələrdə fəal iştirakını təşviq edir.

Azercell qalib qızları təbrik edir, onlara gələcək müsabiqələrdə yeni nailiyyətlər arzulayır!

Tarix
2025.07.24 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə... - Bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi

Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?

Bakıdan qovulan Ocaqnejad azərbaycanlılarla görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla