Bali polisi Azərbaycan vətəndaşı olduğu bildirilən kişini oğurluğa görə həbs edib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, 2025-ci il iyulun 27-də kişi valyuta mübadiləsi məntəqəsinin operatoru ilə əlaqə saxlayıb və 12 min dolları dəyişmək istədiyini deyib.
Məbləğ kifayət qədər böyük olduğu üçün o, pulu birbaşa evinə çatdırmağı xahiş edib.
Valyuta mübadiləsi məntəqəsinin iki əməkdaşı - Mox Ezekiel Tan Elanq və M.Faysal yerli valyutada nağd pul gətiriblər və pulları saymağa başlayıblar.
Azərbaycan vətəndaşı isə onlara dollar verməyib. Daha sonra azərbaycanlı evdə olan başqa bir şəxslə birlikdə valyutadəyişmə əməkdaşlarını boğmağa başlayıb və onlardan pulu alıb. Zərərçəkənlər onların əlindən qaçaraq xilas olmağa müvəffəq olublar.
"Hazırda, həqiqətən də, xarici vətəndaş olduğu bildirilən şübhəli şəxslə bağlı intensiv dindirilmə və geniş araşdırma aparılır. O, dərhal saxlanılaraq Kuta şəhərinin polis bölməsinə aparılıb", - deyə Denpasar Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Ketut Sukadi bildirib.