Yuxarı

İmaməddin Əlimanovla bağlı hökm elan olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, İmaməddin Əlimanova 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, İmaməddin Əlimanov Cinayət Məcəlləsinin 12.1 281.2-ci(dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda Yutub sosial media hesabında Xalq TV adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən Osmanqızı TV və İnqilab TV kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib. İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.07.28 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı

Araz Ağalarov da Bakıya gəldi, Emin gəzdirdi - Video

Azərbaycanlılar İranın bölünməsinin qarşısını aldı - Vilayəti

Mustafayevin işi: Pandemiya vaxtı 13 min sərnişin...

Ceyhun Bayramov çex həmkarı ilə telefon danışığı apardı

Baş nazirdən daha bir qərar

Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...

Zülfüqarov Dərbənd məsələsinə aydınlıq gətirdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla