Yuxarı

Ər-arvadın davası qudalar arasında bıçaqlanmaya səbəb oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ər-arvadın davası qudalar arasında bıçaqlanmaya səbəb oldu

Göygöl rayonunda ər-arvadın davası qudalar arasında bıçaqlanmaya səbəb olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində baş verib.

Kənd sakini Coşqun Məmmədov (soyad şərtidir) Aytacla ailə həyatı qurub. Bir müddətdən sonra cütlük arasında mübahisə yaranıb və Aytac atası evinə gedib. Coşqunun atası Xəyal dəfələrlə gəlinini geri qaytarmağa cəhd etsə də, gəlinin valideynləri buna razı olmayıblar.

Sonuncu dəfə Xəyal gəlinini gətirmək məqsədi ilə Aytacın atası Pərviz Əliyevə (soyad şərtidir) zəng edib və onunla görüşmək istəyib. Pərvizlə Xəyal küçədə görüşüb söhbət edərkən aralarında mübahisə başlayıb. Mübahisə davaya çevrilib və nəticədə Pərviz üzərində gəzdirdiyi bıçaqla Xəyala bir neçə zərbə endirib. O, Xəyalı bıçaqlayandan sonra hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Pərviz Məmmədov saxlanılıaraq istintaqa təhvil verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Əliyev 4 il azadlıqdan məhrum edilib.

Tarix
2025.07.29 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla