Yuxarı

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Ötən gün AzTV sədri Rövşən Məmmədov və İTV rəhbəri Balakişi Qasımovun Real TV-nin “Media masası” layihəsinə qatılmaları bu gün sosial şəbəkələrdə daha fərqli müzakirə edilə bilərdi.

Məsələn, televiziyanın cəmiyyətə təsiri haqda qonaqlar arasında kəskin fikir ixtilafı oldu: Balakişi Qasımov vaxtilə təsir etdiyini, indi bu cəhdlərin boşa getdiyini bildirdi, Rövşən Məmmədov isə bunu tamamilə inkar etdi.

Və yaxud: televiziyalar niyə sosial şəbəkələrə, o şəbəkələrdəki canlı yayımlara, video-platformalardakı müəllif proqramlarına uduzurlar? Niyə Cənubi Qafqazın lider ölkəsinin güclü dövlət dəstəyi alan peşəkar kanallarında müəllif proqramları primitiv avadanlıq, bir kompüter və yaxud telefona bağlı bəsit Yutub kanallarına uduzurlar? Niyə bu kanallardakı siyasi debatlar, təhlillər sosial şəbəkələri başına almır, əksinə, baxımsız səviyyədədir?

Niyə bu kanallarda Qordon, Taker Karlson, (cəhənnəm) Solovyov yetişmir?

Geniş, çoxşaxəli müzakirələr üçün yaxşı meydan açılmışdı, əvəzində isə...

Balakişi Qasımovun 10 il etirafı

Çox səmimi etirafdır, heç bir televiziya rəhbəri bu qədər səmimi etiraf edə bilməzdi. Özü haqda yüksək fikirdə olan və “istedadlı adamam” deyən Balakişi haqlıdır, yalnız öz istedadına güvənən şəxs bu acı reallığı dilə gətirə bilərdi.

İlk azərbaycanlı kanal rəhbəridir ki, TV proqramlara sosial şəbəkə üzərindən, telefondan baxdığını səmimi şəkildə dedi!

İlk azərbaycanlı kanal rəhbəridir ki, hazırkı televiziya formatının maksimum 10 il vaxtı qaldığını elan etdi (O ayrı məsələ ki, nəinki 10 il vaxt qalıb, ənənəvi televiziya artıq 10 ildir ölüb).

Ənənəvi televiziya sıradan çıxır, bir çox evdə artıq televizor belə yoxdur: seriallar, filmlər, proqramlar - hər şey telefondan izlənilir.

İnsanlar TV-lərin proqram siyasətinə, onun üçün “proqram tutulmasına” razı deyil - hərənin öz proqramı var və bu “proqram” günündən, əhvalından, vaxtından asılıdır.

Əvvəl sən fərdlərə ümumi bir proqram verirdinsə, indi hər bir fərdin “proqramına” cavab verməyi bacarmalısan.

Bundan ötrü ilk növbədə reallığı qəbul etməli, sonra problemin həllini təklif etməlisən.

Balakişi Qasımov həqiqətin gözünə dik baxır və “sonu” da görür!

Amma təqdir olunmaq əvəzinə ələ salındı ki, “Titanik” (“Televiziya”) batırsa, bəs, niyə İTV direktorluğuna namizədliyini verirdin?

Və yaxud - ağ idman ayaqqabısı ilə efirə çıxması məsxərəyə çevrilir.

Yenə də “Ye, kürküm, ye” baxışı...

Boris Conson Baş nazir kimi kostyumla idman ayaqqabısı geyinib, Kiyevə gələndə “kostyumla idman ayaqqabısı geyinmək Avropa dəbi” olur, bir jurnalist idman ayaqqabısı ilə müsahibə verəndə lağ edilir?

Ümumiyyətlə, “ayağa düşmən baxar”!

Başa baxaq, sözə qulaq verək...

Tarix
2026.07.05 / 22:22
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

DİM-in WUF13-ə “hədiyyəsi”: maksimum maneə, əsəb...

Professordan çağırış: Bu psixoloqlar uşaqları məhv edir!

ABŞ-ın inanılmaz əməliyyatı: İrana nələr edəcəyini göstərdi!

Leysanın aydınlaşdırdıqları: Bakıya bir az da yağsa...

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Gecə Bakı səmasında uçuşan dronlar səhər aranı qatdı

Müctəba Xamenei sağdırmı? - Fakt və müəmma

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla