Yuxarı

Mövlud… Mövlud…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

On yeddi mərtəbə bəlkə də on yeddi saniyə deməkdir.

On yeddi saniyə… Bu saniyələrin hansındasa bəlkə də yenidən geriyə uçub ayaqlarının damdan aralandığı yerə qayıtmaq istədin. Bəlkə də yox. Niyə bunu etdin — heç kim bəlkə də bilməyəcək.

Səninlə adda-budda görüşlərimi xatırlayıram. Heç on yeddi dəfə olmaz. On yeddi cümlə dedikmi bir-birimizə?! On yeddi dəfə baxışlarımız dəydimi bir-birinə?! Bunlar olsa da, olmasa da, önəmli deyil, biz bir-birimizi anlamış idik.

Məni anlayan, mənim anladığım kişilərdən biri də azaldı. Mən də bir nəfər qədər az qaldım.

Soruşmayacağam ki, niyə belə etdin?! Yəqin, sənə hansısa sirr agah olmuşdu və sən onu özünlə göyə uçurub hamıdan gizlətdin.

Bu sirri axtaranlar çox olacaq. Amma onu bilmək kimsəyə müyəssər deyil.

Arxanca baxıram və sən hələ də uçursan.

Mövlud… Mövlud…

Tarix
2017.03.16 / 13:12
Müəllif
Kamal Abdulla
Oxunub
6 058
Şərhlər
Digər xəbərlər

Gərəkdir ki, Füzulidən Şuşa qalasına qalxasan...

İrəvanda inkoqnito mitinq meydanına getdim...

Hacı Mir Həsən ağa Səyyah

Son gəliş...

Eko öldü... – Kamal Abdullanın yazısı

Bu haqsız hücumlar...

Edam vaxtını dəyişmək olmaz

Bunu kimsə bilmir...

Sim-sim, qapını aç…

Baxın, bu dəyərlər harada iflas etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla