Yuxarı

Azərbaycanlılar belə çökdürülür – MKİ-nin planı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin agenti toplumu çökdürməyin 3 yolunu göstərmişdi ki, bunlardan da biri dəyərlərin dağıdılması idi.

Çağdaş Azərbaycan toplumunda, ailəsində dəyərlərimizə ciddi təsir olunur. Məsələn, ailənin dağılmasına, arvadın ər tərəfindən öldürülməsinə, uşaqların həyatının məhv olmasına səbəb olan Xəyanət amili topluma adi bir şey kimi aşılanır. Bunu təbliğ edənlər nümunə kimi Qərb ailələrini misal gətirirlər. Halbuki Qərb xəyanət məsələsini çoxdan həll edib: normal, sivil insanlar kimi boşanmaq. Bizim bəzi manqurtlaşmışlarımız isə elə bilir ki, Qərb ailəsində ata qızla, ana oğulla, qonşuyla yatır.

Gəlin, belə bir sual qoyaq: Ola bilərmi ki, bu gün liderə çevrilmiş Qərb toplumu öz ailə modelini qorumasın? Absurddur!

Uğur düzənli, sistemli çalışmağın nəticəsi olduğu kimi, uğurlu cəmiyyət də düzənli, sistemli ailənin məhsuludur. Yəni Qərb toplumu vaxtında ailəsini qoruyub ki, bu gün o ailənin içindən böyük insanlar çıxıb.

Qərbin hətta pornoqrafik filmlərə çəkilən məşhur aktrisaları da ailə modelini qoruyub saxlayırlar. Amma bu yaxınlarda bizim bir aktrisamız açıqlama vermişdi ki, bəs, xəyanət normal haldır.

Bax, məsələ buradadır. Belə aktrisalar buna görə öz sənətlərində bir zibil ola bilmirlər. Həmin aktrisanın nə etməsi, başını hara döyməsi öz işidir. Ancaq zərərli düşüncəsini təbliğ etməsi, insanlara aşılaması aşkar cinayətdir. Məhz bu təbliğetmə onun çoxnövlülüyüdür. Həmin qadın sabah rüşvətə də, adam satmağa, yetimin haqqını yeməyə də, uşaq zorlamağa da adi şey kimi baxacaq.

Bizim toplumun beyninə belə bir fikir yeridilib: “Biz yaxşı deyilik, biz geridə qalmışıq”. Özü də bu fikri təlqin edənlər indiyə qədər toplum üçün iynənin ucu boyda faydalı iş görməyən, uğursuz, kompleksli, natamam adamlardır.

Azərbaycan insanının, ailəsinin dəyərlər sistemi bu gün əksər dünya ölkələrininkindən daha mükəmməldir. Dəfələrlə şahidi olmuşam: türk də, ingilis də, rus da, ərəb də bizim dəyərlər sistemindən heyranlıqla danışıblar. Ancaq özümüz özümüz haqqında çox aşağı fikirdəyik. Təbii ki, bu da ayrı-ayrı fərdlərin natamamlıq kompleksinin yaratdığı təəssüratdır.

Qərbin filmlər, seriallar, verilişlər vasitəsi ilə planlı şəkildə beynimizə ötürdüyü fikirlər bu gün həmin dəyərlər sistemini dağıtmaqdadır. Yəni bizim toplum yaşamır, otarılır.

Əgər yeni ailə, cəmiyyət modelinə keçid almaq istəyiriksə, bunu Qərbdən oğurlamamalıyıq, özümüz öz dəyərlər sistemimizin üzərində yaratmalıyıq. Çünki bizim genetik kodlarımız Azərbaycan modelinə uyğun qurulub və bunun bünövrəsinə Qərbdən “yalançı detal” qoşmaq istəyəndə sistem dağılır.

Gördüyümüz kimi, “MKİ-nin planı”nın sözügedən “maddəsi” xəbərimiz olmadan həyatımıza işləyir.

Bu cəmiyyət təkcə bizim bugünümüz deyil, həm də övladlarımızın gələcək evidir.

Övladlarımızın həyatını gözəl geyim, son model velosiped yox, mənəvi keyfiyyətlərini qoruyan cəmiyyət həll edəcək. Əgər cəmiyyət keyfiyyətli olmasa, övladımız mütləq o velosipedlə həyat yolunda qəzaya uğrayacaq.

Tarix
2017.11.14 / 17:35
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla