Yuxarı

Adam elm öyrənməyə çağırır, amma söyüşlə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milan hersoqu Lüdoviko Sforza 1482-ci ildə Leonardo Da Vinçiyə bir at heykəli hazırlaması barədə sifariş verir və ona 80 ton bürünc göndərir. Da Vinçi 10 il bu əsərin hazırlıq prosesi ilə məşğul olur. Lakin bu ərəfədə Fornovo müharibəsi başlayır. Silah çatışmazlığı olduğuna görə Sforza 80 ton bürüncü Da Vinçidən geri alır və bu bürüncdən fransız əsgərlərə qarşı döyüşmək üçün silah hazırlanır. Beləcə “dünyanın ən böyük at heykəli” layihəsi yarımçıq qalır.

Hersoqun bu mədəni xətasını onun xələfləri bir də 500 il sonra düzəldə bilirlər: Da Vinçinin çəkdiyi eskizlər əsasında bir at heykəli hazırlanır.

***

Ümumiyyətlə, bu “yarımçıqlıq” məsələsi bizim ən böyük bəlalarımızdan biridir. Elə bil, biz də daim kimlər, nələrləsə müharibə aparırıq deyə, işlərimizi, məqsədlərimizi yarımçıq saxlayırıq.

Ətrafımızda yüzlərlə insan xarici dil öyrənmək üçün kursa başlayır, 1-2 ay sonra isə yarımçıq qoyur. Sonra da hər dəfə “ingilis dilində az-maz bilirəm” deyərək, məsələni bağlayır.

Yaxud da gitara alıb musiqi öyrənmək istəyən biri Ayfonun yeni modelini almaq üçün gitarasını satır.

Bunlar real nümunələrdir, yəni şəxsən özüm rastlaşmışam.

Biz işi yarım qoymaq sindromunu təhsilimizdə də yaşayırıq. Bizdə hər il minlərlə gənc universitetə qəbul olur. Bəli, sadəcə, qəbul olur, 4 il oxuyur, amma təhsil almır.

Bu yaxınlarda azərbaycanlı istifadəçinin idarə etdiyi sosial şəbəkə səhifəsində bir paylaşım gördüm: “Gürcüstanda uşaqlara elmi sevdirmək üçün peçenyenin üzərində vurma cədvəli əks etdirilib. Bizdə isə...” filan-filan...

Məsələ bu ki, həmin səhifənin admini bu paylaşımında Azərbaycan dilinin normalarını çox kobud şəkildə pozmuşdu. Yəni onun elmə çağırışında belə bir yarımçıqlıq var idi.

Ümumilikdə belə yarımçıqlıqlar üst-üstə gələndə cəmiyyətin bütövləşmə instinkti tədricən sıradan çıxır. Beləcə biz heç bir ideyanın ətrafında bütövləşə bilmirik.

Böyük renessansın Florensiya kimi kiçik bir şəhərdə baş verməsinin ən mühüm səbəblərindən biri də burada insanların öz amalları uğrunda yorulmadan çalışması, bir-birilərini təşviq etməsi idi.

Yəni deyək ki, məsələn, ingilis, fransız dilini öyrənən bir italyan böyük uğurlar qazanaraq yüksəldi. Belə olan halda digərləri də onun saldığı cığırla irəlilədi və nəticədə kiçik bir şəhərdən onlarla dahi yetişdi.

Bizdə isə 5 xarici dil bilən insan ən yaxşı halda hansısa restoranda adminstrator, ya da hansısa aşağı səviyyəli qurumda tərcüməçi işləyir. Bu isə intellektual yarımçıqlıqdır və daha faciəli bir şeydir. Cəmiyyətin intellektualı, savadlısı bayağı, sıradan işlərdə çalışanda həmin cəmiyyətdə savad, elm gözdən düşür.

Son məntiqi nəticə olaraq, Florensiyası olan İtaliyada tələbələr yeni növ buxar maşını yaradır, bizim tələbələr isə qəlyanın tüstüsünü ağızlarından fərqli formalarda çıxarmaq üçün bəhsə girirlər.

***

Yazının əvvəlinə qayıdaq: 500 il əvvəl Milanda müharibənin məhv etdiyi at heykəli şəhəri xilas etdi.

Amma bizim atımız bizi xilas etməyəcək. Çünki bizimki Troya atıdır.

Tarix
2018.12.29 / 08:45
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla