Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Mart 2019


Prezident nə istəyirdi, siz nə dediniz? – Heyf...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-də Prezident İlham Əliyev mədəniyyət xadimlərini toplayıb, bu sahədə islahatlar aparılması üçün onların təkliflər irəli sürməsini istədi. Məqsəd Azərbaycan mədəniyyətindəki durğunluğu aradan qaldırmaq, yeni islahatlarla mədəni intibaha nail olmaq idi.

Təbii, Prezident mədəniyyət sahəsindəki boşluqlardan təfərrüatı ilə xəbərdar ola bilməz. Buna görə də ölkənin yep-yekə sənətkarlarını topladı ki, onlar təkliflərini irəli sürsünlər. Çağırıb dedi ki, əziz dostlar, əziz sənətkarlar, deyin, mən Azərbaycan mədəniyyətinin inkişafı üçün nə edə bilərəm?

Sitata baxın: Prezident mədəniyyət-incəsənət sahəsində görülən işlərdən qısaca danışaraq sonda bildirdi:

“İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz”.

Ölkə başçısı mədəniyyətin, ədəbiyyatın, sənətin inkişafı üçün böyük sənətkarlarla açıq müzakirəyə girib, onların təklif və təşəbbüslərini şəxsən eşitmək istədi.

Gəlin baxaq, mədəniyyət xadimlərimiz bu tarixi şansdan necə istifadə etdilər.

Xalq yazıçısı Anar: “Mirzə Cəlilə heykəl qoyulsun”.

Tahir İmanov: “Bakıda babam Süleyman Ələsgərovun adına küçə olsun, qardaşıma fəxri ad verilsin”.

Fərhad Bədəlbəyli: “Klassik musiqi alətləri alıb, baha qiymətə sataq”.

Hacı İsmayılov: “Prezident teatra gəlib, bizim tamaşamıza baxsın”.

Bəhram Bağırzadə: “Tağıyevin heykəli ucaldılsın”.

Filankəsə ev verin, filankəsin maaşını qaldırın və s. və ilaxır...

Sizi and verirəm Uca Şirvinin ruhuna, bu təkliflərin, istəklərin hansı mədəniyyətin inkişafına xidmət edir?

İllərdir sənətdə olan adamların sənətin inkişafı üçün irəli sürdükləri tezislərə baxın! Bunlar elə biliblər ki, ölkə başçısı o qədər adamı ora öz problemlərini danışması, arzularını reallaşdırması üçün çağırıb.

Mirzə Cəlilin, Tağıyevin, Süleyman Ələsgərovun heykəli Azərbaycan xalqının ürəyindədir. Doğrudanmı o ağırtaxta kişilər elə düşünürlər ki, tarixi şəxsiyyətlərə heykəl qoymaqla mədəniyyət inkişaf edəcək?

28 ildir müstəqilik, amma ortaya çıxarılası 5 filmimiz yoxdur. Halbuki bu gün dünya ölkələri filmdən çox böyük məharətlə istifadə edirlər. 50 dəfə demişik, yenə də deyirik: “Şindlerin siyahısı” filmi yəhudi soyqırımını bütün dünyaya tanıtdı. Bəs biz niyə Xocalı soyqırımı ilə bağlı film çəkmirik?!

Fərhad Bədəlbəylinin “Klassik musiqi alətləri alıb, baha qiymətə sataq” təklifi bəzi Azərbaycan ziyalılarının sənətə bazar prizmasından yanaşmasını göstərən nüanslardan sadəcə biridir.

Əslində, ən “gözəlini” Zeynəb Xanlarova elədi. Xanlarova öz çıxışı ilə ora toplaşanların böyük əksərinin, elə özünün də düşüncəsini çox gözəl şəkildə ortaya qoydu. Çünki o özü də elə bilirdi ki, şəxsi xahişlərə gəliblər.

Halbuki xahiş yox, heykəl-maaş-ev də yox, təkliflər, layihələr, proqramlar irəli sürülməliydi.

Doğrudur, müəyyən faydalı təkliflər səsləndirildi, ancaq bunlar nəzərə çarpmayacaq dərəcədə az idi və paket formasında deyildi, proqram səviyyəsinə qalxmamışdı. Axı, orda yaradıcı birliklər vardı və onlar ən azı öz sahələri üzrə inkişafa dövlət dəstəyinin proqramını, planını, nə bilim, strategiyasını təqdim edə bilərdilər.

Əziz böyüklərimiz, başbilənlərimiz, mayaklarımız, öndəgedənlərimiz, ağsaqqallarımız, ağbirçəklərimiz, Prezidentlə görüşə bu cür hazırlıqsız getmirlər; ölkə başçısı sizə gözəl bir fürsət tanıyırsa, mədəniyyətin inkişafı ilə bağlı sizdən təklif istəyirsə, ev-maşın-daş-kəsək xahiş etmirlər.

Açığı, inanmıram Prezident bir daha mədəniyyət xadimlərini çağırıb, yenə təklif istəsin.

Gördü də “təkliflərinizi”...

Tarix
2019.03.05 / 23:10
Müəllif
Aqşin Evrən
Şərhlər
loading...
Digər xəbərlər

Türk ordusu buna görə dünyada birinci və təkdir - Bəyanat

Türk diplomatdan S-400-lə bağlı inanılmaz sözlər

Babək necə məğlub edildi? - Ən məxfi fakt

Dəhşətli Şamaxı zəlzələləri: 90 min ölü – Foto

Xalq şairi bəyanat yaydı: Rejim qorxuya düşüb

Azərbaycan bayrağı İranda dalğalandı - Video

Teymurun uduzduğu yeganə döyüş - Azərbaycan şahı ilə

Şərqi heyran edən azərbaycanlı: SSRİ ona niyə qadağa qoydu?

Kimi işdən azad edirsən, deyir ki… – Rektor

Adam elm öyrənməyə çağırır, amma söyüşlə...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla