Yuxarı

Məni öldürmək istəyənlər Elinanı öldürdü

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycan əhalisi iki hissəyə bölünüb: on milyonuncu doğulan vətəndaşı bayram edənlər və cəmiyyətin bizdən oğurladığı hilala yas saxlayanlar.

Nə təsadüf ki, gündəmimiz hər zaman paradoksal mövzularla vətəndaşları iki hissəyə ayırır. Vətəndaşlarımızı ikiyə ayıran təkcə gündəm deyil. Onların aldığı tərbiyə, dünyagörüş, təhsil, yaşayış tərzi, maraqlarıdır... Biz həmişə tən ortadan iki yerə ayrılırıq. Mən bu bölgünü hələ 7 yaşımdan “biz” və “onlar” deyə aparıram.

Yeddi yaşım olanda ailəm Əhmədliyə köçdü. Məcburi şəkildə, müvəqqəti də olsa, təhsilimi Əhmədlidəki bir məktəbdə davam etdirməli oldum. Yeni sinif yoldaşlarım, yeni müəllimlərim, yeni məktəbim məni heç vaxt sevmədi. Onlardan fərqli düşünürdüm, fərqli geyinirdim, fərqli maraqlarım var idi. Bunu onlar da hiss etdikdən sonra məni incitməyə, təkləməyə başladılar. Sonunda baş verənləri atama danışmaq qərarına gəldim. Məni diqqətlə dinlədikdən sonra heç vaxt unutmayacağım bir cümlə ilə bu müzakirəni mənim üçün əbədiyyən bağladı:

“Biz onlara bənzəməyə, onları anlamaya, hətta bəyənməyə bilərik, amma bir şeyi unutma – onlar bizdən çoxdur”.

Bu söhbətin üstündən 20 il keçib və mən hələ də insanları ilk baxışdan “bizdən” və ya “onlardan” olaraq iki hissəyə bölürəm.

Elinanın ölümüylə “bizdən” biri daha azaldı. Elinanı məni yeddi yaşımda hər gün ağladıb evə yollayan sinif yoldaşlarım, onlara tərbiyə verən valideynlər, müəllimlər qətlə yetirdi.

Bölücülük etmək fikrim yoxdur, çünki biz zatən bütün deyilik. Bunu hamı çox gözəl görür və dərk edir.

Kaş...

O qədər kaş deyirəm ki! Artıq “kaş”la başlayan cümlələrimi sonlandırmaq həvəsim belə qalmayıb.

Kaş deyirəm, o kolxoz sədrinə bənzəyən direktor Elinanın ailəsinə tərbiyəsiz ailə deməklə məsuliyyətdən xilas olmağın özünün ən böyük tərbiyəsizlik olduğunu dərk edəydi.

Kaş “tərbiyəsiz ailə”nin övladını ölümə layiq gördüyü zaman ən böyük tərbiyəsiz olaraq öz övladını yad edərdi.

Kaş çılpaq qadınların videosuna ard-arda şərh verən millətin vəkilləri bu məsələyə operativ reaksiya verə, məsələnin araşdırılmasında yaxından iştirak edərdi.

Kaş biz ölkədə bir-birinin qanını içməyə hazır olan “biz və onlar” kimi yox, vahid millət kimi yaşaya bilərdik.

Kaş əxlaqı geyim tərzində, saç rəngində, neçə dəfə ailə həyatı qurmaqda deyil, şərəfi ilə pulunu qazanmaqda, başqasının arvadına yan gözlə baxmamaqda, hər yoldan ötənə nömrəni qışqırmamaqda, küçədə söyüşlə danışmamaqda, ictimai nəqliyyat vasitələrində ətrafdakıları zillənmiş baxışlarla narahat etməməkdə, ailə üzvlərinə haram pul yedirtməməkdə görərdik.

“Bizdən” olan hər kəsə başsağlığı verirəm.

Aramızdakı uçurumun bir gün yox olacağı ümidilə...

Tarix
2019.04.09 / 08:45
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla