Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyul 2019


Elina özünü atmayıb, onu itələyiblər - Şok nüanslar

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elinanın intihar xəbəri cəmiyyətdə böyük məyusluq yaratsa da, sonradan üzə çıxan dəhşətli faktlar hər kəsi şoka saldı. Məlum oldu ki, Elina intihar etməyib, onu pəncərədən həyətə “atıblar”.

Bəli, Elina sadəcə intihara cəhd edib, məktəb direktoru, sinif yoldaşları, psixoloq isə onu “öldürüb”.

Hadisələrin gedişatına baxanda bunu daha aydın görmək olur:

1. Elina özünü atandan sonra məktəb əməkdaşları, direktor uzun müddət təcili yardım çağırmayıb. Sanki onun can verə-verə ölməsini gözləyiblər – düşmən və cani psixologiya.

2. Təcili yardım gələndə isə Elinanın zəhərləndiyi deyilib, buna görə də onu toksikologiyaya aparıblar – vicdansızlıq, qansızlıq.

3. Toksikologiyada məlum olub ki, Elina zəhərlənməyib, özünü binadan atıb. Bundan sonra onu “Semaşko”ya aparıblar.

4. Psixoloq Elinaya müəyyən suallar verib və faciədən dönmüş bu qızı videoya çəkib. Hansı ki, bu video ilə direktoru təmizə çıxarmağı planlaşdırıb. Təsəvvür edin, bir insan can verir, bu qatillər özlərini sığortalamaqla məşğuldurlar.

Videolardan aydın görünür ki, Elina hadisədən sonra suallara normal şəkildə cavab verir, yəni hər hansı ciddi zədəsi yoxdur. Bunu onun ailəsi də təsdiq edir. Bu o deməkdir ki, vaxtında təcili yardım çağırılsaydı və psixoloq hər vəchlə direktorun müdafiəsi üçün video çəkməsəydi, Elinanı xilas etmək olardı.

Məktəb direktorunun Elinanın intiharı ilə bağlı dediyi söz Azərbaycan təhsil sisteminin alnında qara ləkə kimi uzun illər qalacaq. “Pozğun ailənin uşağıdır”, - direktor bir gözəl balanın faciəsinə belə “qiymət” verdi.

Görün, məktəblərimizi kimlər idarə edir. Belə təfəkkürdə olan insanlara adətən terror qruplaşmalarında, cinayət şəbəkələrində rast gəlmək olur. Həmin direktorun MÜVƏQQƏTİ olaraq işdən çıxarıldığı deyilir. Niyə müvəqqəti?! Təhsil Nazirliyi insan ölümünə səbəb olan şəxsləri belə müdafiə edəcəksə, biz övladlarımızı məktəbə yox, Suriyaya döyüşməyə göndərək. Çünki orada daha təhlükəsizlikdə olarlar.

Hadisələrə baxanda aydın görünür ki, bu, intihar deyil, qətldir. Aidiyyəti qurumlar dərhal hərəkətə keçməlidir: direktor, həkimlər, psixoloq və Elinanın bu həddə çatdıran hər kəs məsuliyyətə cəlb edilməlidir.

Bir ölkənin üç əsas dayağı var: Təhsil, Səhiyyə və Məhkəmə. Təcili şəkildə bu üç sahədə çalışan ikiayaqlı mikrobları təmizləmək lazımdır. Yoxsa bu qətliamların davamı olacaq.

Hazırda özünü binadan “atıb”, amma hələ yerə çırpılmayan yüzlərlə yeniyetmə, gənc var.

Gəlin, onları xilas edək!

Tarix
2019.04.10 / 13:54
Müəllif
Aqşin Evrən
Şərhlər
loading...
Digər xəbərlər

Qardaşını doğrayıb basdıran 17 yaşlı qız...

Fərhad Zeynalovla bağlı mühüm seminar – Foto

Sensasiya: Bu şəxsi Türkiyə prezidenti etmək istəyirlər - Video

Məxfi görüş: İstanbul seçkisi ləğv edilir? – Sensasiya

Şah İsmayıl niyə xanın kəlləsində şərab içdi? - Video

Nəsimini sevən qadın necə öldü? - Faciəli tale

Meyitlərdən pul qazanmaq yolu

Qohumlarım məndən üz döndərdi - Xalq artisti

Xalq yazıçımızın əsərinə Rusiyada yüksək qiymət - Foto

Tarixçidən şok: Monqollar mövcud olmayıb - Video

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla