Axar.az
Yuxarı

Axar.Az Logo

Papa-razzi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış köşə yazarı Yılmaz Özdilin Papaya həsr etdiyi, bir kəlmə tikanlı kəlmə işlətmədən gerçək mənzərə yaradan köşə yazısının Axar.az oxucuları üçün maraqlı olacağını nəzərə alıb təqdim edirik.

Corc Kluninin arvadı Ermənistanın vəkili oldu.

Kim Kardaşyan sənədli film çəkmək üçün Ermənistana gəldi.
Roma Papası "soyqırım" dedi.

*
Hadisə "papa-razzi"yə döndü.

*

Və sözün əsl mənasında hər şey tam yerinə düşdü.

*

1958-ci il.
Roma.

Amerikalı milyarder Piter Hovard sevgilisinin ad gününə görə Ruqantino gecə klubunu bağlatdırmışdı. "New Orleans Jazz Band" qrupu ifa edirdi. Şahzadələr, baronlar, Hollivud əfsanəsi Pauer Tayron, Elza Martinelli, Anita Ekberq, ustad rejissor Federiko Fellini də qonaqlar arasında idi.

İran kürüsü yerə dağılır, Fransa şərabları su kimi axıb tökülürdü. Mərasimə Misir kralı Faruq da dəvət olunmuşdu. Ev sahibi milyarder krala sürpriz etmək istədi. Ruqantinonun sahibi Romolonu yanına çağırdı, "Faruq oriental rəqsi çox xoşlayır, gedin, rəqqasə gətirin, həm də ən yaxşısını tapın gətirin", – dedi. Gecə saat 2 radələrində "La Turca"nı gətirdilər.

Əsl adı Hermin Arslanoğlu idi. İstanbullu bir erməni qızı idi. Hələ 15 yaşı olarkən səhnəyə çıxmış, Zənnubə, Özcan Təkgül, Aysel Tanju, Necla Atəş kimi məşhur rəqqasələrin sırasına girmişdi.
Paris, Qahirə, Beyrut qastrollarına onu da aparırdılar. Türkiyədən köçmüşdü, dünya əsilzadələrinin əyləncə mərkəzinə çevrilən Romada yaşamağa başlamışdı. Özünü "Ayişə Nana" kimi təqdim etmişdi. "La Turca" kimi tanınırdı.

*

Tələsik gətirildiyi üçün rəqqasə paltarı da yox idi. Amma bu, elə də böyük problem deyildi. İçki məclisi getdikcə qızışırdı. "Elə olduğun kimi oyna", - dedilər. Ağ bədənli, uzun qara saçlı, incə belli qadın, ayaqqabılarını kənara tullayıb, ayaqyalın ortaya çıxdı, ətəklərini yuxarı qaldırdı, vücudundan seksapil tökülürdü, hökmlə "yerə xalça sərin", - dedi. Qonaqlar masaların ortasındakı əl içi boyda dairəvi bir masanın ətrafında toplanmışdı. Roma imperatorluğunun xanədanlarından olan Şahzadə Herkolani pencəyini çıxarıb yerə sərdi. Ardınca da o biri centlemenlər... Nananın ayaqlarının altında pencəkdən bir xalça düzəldi.

Ritmik hərəkətlərlə rəqs etməyə başladı. Yırtıcı baxışlarla ətrafa nəzər yetirir, ovsunlanmış baxışlar ona zillənmişdi. Məkanın sahibi "əynindəkiləri soyun", - deyə bağırdı. La Turca asta-asta rəqs edərək paltarlarını çıxardı, bircə alt paltarları əynində qalmışdı. Artıq ox yaydan çıxmışdı. Amerikalı bu dəfə "busqalterini də çıxar" deyə bağırdı. Qışqırıq səsləri Ruqantinonu başına alarkən Ayişə Nana busqalteri çıxardı.

*

İçəridəkilər özlərini elə itirmişdilər ki, heç kim jurnalist Tazionun dayanmadan şəkil çəkdiyinin fərqinə varmamışdı. Əslində, bu cür prestijli klubların qarşısında həmişə "qorillalar" olurdu, jurnalistləri içəri buraxmırdılar. Amma təcrübəli müxbir Tazio Sekkyarolli necəsə içəri girib, gizlicə bu yeddi anı ölümsüzləşdirmişdi.

*

İçəri girdiyi kimi – gizlicə çıxdı bayıra, motosikletinə minib düüüz "L’Espresso" dərgisinin redaksiyasına... Baş redaktor şəkilləri görəndə dırnaqlarını gəmirməyə başladı. Möhtəşəm idi, amma bunu necə yayımlaya bilərdi? O vaxt çılpaq qadın şəkli yayımlamaq, nüvə raketinin düyməsini basmaq kimi bir şey idi. Bütün Vatikanı ayağa qaldırardı bu... Düşünüb-daşındılar, nəhayət, döşlərinin uclarını ağ boya ilə rəngləyərək yayımladılar.

*

Yer yerindən oynadı... Tiraj rekordu qırılmışdı, amma İtaliya ayağa qalxmışdı. Nananın çılpaq şəkillərini görən Katolik kilsə fanatikləri axın-axın kilsələrə gəldi, "kirlənən gözlərə görə" tövbə etdi. Papalıq məqamı qaşlarını çataraq rəsmi açıqlama yayımladı, bu skandalın qəbuledilməz olduğunu bildirdi. Ayişə Nana hədəfdə idi, linç edilirdi. Roma polisi tərəfindən "qanunsuz işləmək və ədəbsiz şou göstərmək" cinayəti ilə saxlanıldı.

Ölkədən qovulması tələb olunurdu. Amerikalı milyarder Piter Hovard tərəfindən təzminatı ödəndi və azad olundu. Amma həyatı məhv olmuşdu... Küçəyə çıxa bilmirdi, hamı onu fitə basırdı.

*

Həmin gecənin cəzası ona kəsilmiş, aforoz edilmişdi. Karyerasının zirvəsində ikən işsiz qaldı. "İtalyan xalqından üzr istəyirəm, Katolik mədəniyyətinə hörmətim sonsuzdur, hətta katolik olmağı da düşünürəm", - belə dedi, amma bica yerə... Bağışlanmadı. Sadəcə, 38 stulluq dar bir salonda erotik rəqslər edərək yaşamağa çalışdı. Və ötən il 78 yaşında həyata küskün şəkildə vəfat etdi.

*

Gəl gör ki... Bu bəxtsiz gözəl qadın o gecənin qonaqları arasında yer alan Federiko Felliniyə ilham qaynağı olmuşdu.

*

Beş dəfə "Oskar" mükafatını qazanan məşhur rejissor Fellini... Həmin gecədən yola çıxaraq "Şirin həyat"ı çəkdi.

*

Film böyük rezonans doğurdu. Fellini də Ayişə Nana kimi Vatikanın hücumuna uğradı, onu senzuraya məruz qoymaq istədilər, haqqında cinayət işi başladı. Amma o, əhəmiyyət vermədi. İki ildən sonra – 1960-cı ildə filmi efirə buraxdı.

*

Baş rolları Anita Ekberqlə Marçello Mastroyanni canlandırdı. Ayişə Nananı Nadia Qray oynamışdı. "Jurnalist Tazio" rolunda isə Volter Santesso idi. Onun filmdəki adı "Paparazzo" idi.

*

"Şirin həyat" filmindəki "Paparazzo" adı, dildən-dilə gəzib bu tip sensasiya yaradan jurnalistlərin ortaq adı oldu: Paparazzi!

*

Bəli...
Felliniyə ilham verən qadın Ayişə Nana idi. Ayişə Nananın çılpaq rəsmini çəkən jurnalist isə paparazzilik peşəsinin miladı idi.


Demək istəyirəm ki...

Türkiyəli erməni qızının Papa tərəfindən lənətlənməsi paparazzilik peşəsinin yaranmasına yol açdı. İndi həmin Vatikanda "papa-razzi"liyə maraq yaranıb, bizə "tolerantlıq və insanlıq" dərsi verməyə çalışır.

*

Kaş ki, Fellini yaşayaydı və baş rollarda Papa ilə Kim Kardaşyanın oynadığı bir film çəkəydi... Adını da "soyqıvırım" qoyaydı.

Tarix
2015.04.15 / 18:02
Müəllif
Yılmaz Özdil
Şərhlər
Digər xəbərlər

Consonun Atatürkə “sərsəri” deyən babası Kamal…

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla